İran parlamentinin (Məclisinin) spikeri Məhəmməd Baqir Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh edərək, iki tərəf arasında imzalanmış İslamabad memorandumunu rəsmi Vaşinqtonun böyük geosiyasi uğursuzluğu kimi xarakterizə edib.
Musavat.com xəbər verir ki, spiker parlamentdəki çıxışı zamanı İslamabad memorandumunun əslində Amerikanın regiondakı məğlubiyyətinin rəsmi bəyannaməsi olduğunu vurğulayıb. Qalibaf ölkəsinin regional təhlükəsizlik xəttini açıqlayaraq deyib: "Livanda atəşkəsin əldə olunması və müharibənin başa çatması bizim üçün İranın özündə atəşkəsin elan edilməsi və müharibənin bitməsi qədər mühüm və əhəmiyyətlidir. Biz xarici hərbi qüvvələrin regiondan tamamilə çıxarılmasını özümüz üçün dəyişməz bir strateji hədəf hesab edirik".
İran parlamentinin rəhbəri ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki hərbi mövcudluğunu kəskin tənqid edərək bildirib ki, tarixi təcrübə xarici dövlətlərin Qərbi Asiyada (Yaxın Şərqdə) yerləşən hərbi bazalarının regionda davamlı təhlükəsizliyi təmin edə bilmədiyini, əksinə, hər zaman dərin qeyri-stabillik, münaqişə və gərginlik mənbəyinə çevrildiyini aşkar şəkildə nümayiş etdirib.
Musavat.com






