CANLI YAYIN
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" klubu səfərdə "Vestri"ni darmadağın etməkdə davam edir.
Musavat.com xəbər verir ki, ilk hissəni iki cavabsız qolla öndə bitirən Ağdam təmsilçisi ikinci yarıda da hücumlarını dayandırmayıb.
Matçın 57-ci dəqiqəsində komandamızın heyətində Zakaria Savo fərqlənərək hesabı 3:0-a çatdırıb. Qeyd edək ki, Savo komandamızın ilk qolunda da məhsuldar ötürmə ilə yadda qalmışdı.
Hazırda oyunda ikinci hissə davam edir və iki oyunun ümumi nəticəsinə görə "Qarabağ" rəqibini 6:0 hesabı ilə üstələyir.
***
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Vestri"nin qonağı olan "Qarabağ" rəqibini darmadağın etməkdə davam edir.
Musavat.com xəbər verir ki, oyuna sürətli başlayan ağdamlılar artıq ilk yarım saatda rəqib qapısından iki top keçiriblər.
Matçın 5-ci dəqiqəsində Zakaria Savonun ötürməsini qola çevirən Jali Muaddib hesabı açsa da, təmsilçimiz təzyiqi azaltmayıb. 29-cu dəqiqədə səhnəyə çıxan Pedro Bikalyo komandasının ikinci qoluna imza ataraq hesabı 2:0 edib.
Hazırda qarşılaşmada 30-cu dəqiqə oynanılır və iki oyunun ümumi nəticəsinə görə "Qarabağ" rəqibini 5:0 hesabı ilə qabaqlayır.
***
"Qarabağ" oyuna qolla başladı — Jali Muaddib hesabı açdı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşmasında İslandiyada "Vestri" klubunun qonağı olan "Qarabağ" matça sürətli qolla başlayıb.
Musavat.com xəbər verir ki, ağdamlılar artıq 5-ci dəfədə hesabı açıblar. Komandanın yeni transferlərindən olan Jali Muaddib rəqib qapısına yol taparaq hesabı 1:0 edib.
Hazırda oyunda 8-ci dəqiqə gedir və təmsilçimiz üstünlüyünü qoruyur (Ümumi hesab: 4:0).
23:56***
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" klubu İslandiyanın "Vestri" komandasının qonağıdır.
Musavat.com xəbər verir ki, ilk qarşılaşmada rəqibini 3:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi növbəti mərhələ üçün böyük üstünlüyə malikdir.
Bakı vaxtı ilə saat 00:00-da start götürəcək qarşılaşmada komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Komandaların start heyətləri:
"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
00:00 / "Vestri" — "Qarabağ" (Ümumi hesab: 0:3)
Musavat.com






