İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuda üsyan var – rialın real dəyəri çaxnaşmaya səbəb olub

480 30.12.2025 14:34 Dünya A A

İranın milli valyutasının – rialın real məzənnəsinin (1 dollar -1,45 milyon) düşməsi ölkə daxilində biznesmenlərin və adi vətəndaşların kütləvi etirazlarına səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rialın kəskin şəkildə ucuzlaşması kiçik və orta sahibkarlar arasında narazılıq dalğası yaradıb. Qiymətlərin artması onların fəaliyyətini gəlirsiz hala gətirdiyinə görə tacirlər və dükan sahibləri ilk etirazlarını bildiriblər. Lakin iqtisadi tələblər tezliklə siyasi şüarlara yol verib və küçələrdə keçmiş şah Məhəmmədrza Pəhləvini dəstəkləyən çağırışlar səslənib.

Bir neçə şəhərdə etirazçılar zibil konteynerlərini yandırıb, mağaza vitrinlərini sındırıb və təhlükəsizlik qüvvələri ilə toqquşublar. Yerli media hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar barədə məlumat verib.

Mərkəzi Bankın sədri Məhəmməd Fərzin inflyasiya 38,9%-ə çatdıqdan sonra istefa verib. Onun istefası vəziyyəti sabitləşdirmək cəhdi idi. Yeni liderin təyin olunmasından sonra rial bir qədər möhkəmlənib və 1 dollar/1,38 milyon səviyyəsinə çatıb. Lakin bu, narazılıq dalğasını dayandıra bilməyib və nümayişlər gecə boyu davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR