İranın Qum şəhərində baş verən kütləvi iğtişaşlar zamanı iki polis əməkdaşı bıçaqlanaraq öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Əsədi və Qasemi etirazçılarla toqquşma zamanı öldürülüblər.
Yerli prokurorluğun açıqlamasında bildirilir ki, polis əməkdaşlarının hər biri 40-dan çox bıçaq xəsarəti alıb.
Agentlik həmçinin qeyd edir ki, son toqquşmalar zamanı iğtişaşlarda iştirak edən silahlı qruplaşmaların təxminən 200 “lider və təşkilatçısı” saxlanılıb.
Saxlanılan şəxslərdən xeyli sayda silah, sursat, əl qumbaraları və “Molotov kokteylləri” müsadirə edilib.
Rəsmilərin iddiasına görə, məhz bu həbslər 9 yanvar tarixində iğtişaşların intensivliyinin qismən azalmasına səbəb olub.
Musavat.com






