İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş Rusiyaya od qoydu

8877 30.01.2026 08:53 Dünya A A

BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Krım və Donbası işğalını millətlərin öz müqəddəratını təyin etmə hüququna istinad edərək haqlı çıxarmaq cəhdlərini rədd edib.

Musavat.com xəbər verir ki, rusiyalı jurnalist Quterreşdən BMT-nin Krım və Donbası millətlərin öz müqəddəratını təyin etmə prinsipinin tətbiq olunmalı olduğu məsələ kimi nəzərdən keçirə bilib-bilməcəyini soruşub. Onun cavabı belə olub: "İki vacib prinsip var. Birincisi, dövlətlərin ərazi bütövlüyü. Digəri isə xalqların öz müqəddəratını təyin etməsidir".

O, BMT-nin Hüquqi İşlər İdarəsinin rəyinə istinad edərək, əlavə edib ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız bir sıra zəruri şərtlər yerinə yetirildikdə mümkündür: "Biz öz müqəddəratını təyin etmə prinsipinin Krım və Donbasa tətbiq edilə bilməyəcəyi qənaətinə gəldik və buna görə də bu vəziyyətdə Ukraynanın ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR