İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayona yola çıxan sürücülərin NƏZƏRİNƏ

4640 09.05.2026 11:05 Ölkə A A

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Musavat.com-a verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

BDYPİ xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır:

"Sürücülərdən xahiş olunur ki hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR