İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Zurabyan: TRIPP layihəsi geosiyasi baxımdan çox birtərəfli xarakter daşıyır

295 04.12.2025 17:31 Dünya A A

TRIPP layihəsi geosiyasi mənada çox birtərəfli xarakter daşıyır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu 4 dekabr tarixində keçirilən mətbuat konfransında Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, layihə İsrailin və ABŞ-ın maraqlarına xidmət edir, İran, Çin, Hindistan və Rusiyanın maraqlarını isə nəzərə almır. Bununla yanaşı, Ermənistanın suverenliyi də məhdudlaşdırılır.

“Əgər elə bir sülhə gedirsənsə ki, bu zaman Azərbaycan qarşısında logistika baxımından asılı vəziyyətə düşürsən, bu, azərbaycanlaşdırma deməkdir. Belə bir sülhün gələcəyi yoxdur. Bu yolla Ermənistanı gələcək proksi müharibəsinin arenasına çevirirsən”, – deyə revanşist siyasətçi deyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR