İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Lvovu “Oreşnik”lə vurdu – Dəhşətli zərbənin hədəfi yeraltı qaz anbarı olub  

1062 09.01.2026 08:27 Dünya A A

Ötən gecə Rusiya Ukraynaya qarşı ikinci dəfə “Oreşnik” ballistik raketlərindən istifadə etmiş ola bilər.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki,  Lvova atılan və kritik infrastruktura böyük zərər yetirən raket saatda təxminən 13.000 kilometr sürətlə hərəkət edib.

 Ukrayna Hərbi Hava Qüvvələrinin Qərb Hava Komandanlığının Facebook səhifəsində yerləşdirilən məlumata görə, şəhərdə radiasiya fonu normadadır: "8 yanvar saat 23:47-də düşmən Lvovdakı infrastruktur obyektlərinə ballistik raket hücumu etdi. Hava hədəfi ballistik trayektoriya üzrə saatda təxminən 13.000 kilometr sürətlə hərəkət edirdi. Rusiya təcavüzkarlarının şəhərə hücum etmək üçün istifadə etdiyi raket növü onun bütün komponentləri öyrənildikdən sonra müəyyən ediləcək".

Hərbçilər həmçinin əlavə ediblər ki, Qərb Hava Komandanlığının bütün hava hücumundan müdafiə qüvvələri və vasitələri Rusiya zərbələrini dəf etmək üçün daim hazırlıq vəziyyətindədir və Ukraynanı müdafiə etmək üçün əlindən gələni edir.

Zərbədən sonra Lvovda elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb.

Sosial şəbəkələrdə atılan raketin “Oreşnik” olduğuna dair müzakirələr başlayıb.

Rusiya və Türkiyə mənbələri Rusiyanın hədəfinin Lvov yaxınlığındakı yeraltı qaz anbarı olduğunu yazır. Bildirilir ki, ərazidəki Strıyski qaz anbarı bütün Avropada ən böyük belə anbardır. Rusiya Telegram kanalları anbarın sıradan çıxarıldığını, Ukraynanın qışın qalan hissəsində qazsız qaldığını iddia edirlər.

 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR