İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “ağ siyahı” sistemi

669 20.03.2026 17:47 Dünya A A

Rusiyada internetin məhdudlaşdırılması və əlaqənin kəsilməsi yeni mərhələyə keçir.

Musavat.com xəbər verir ki, Rusiya hakimiyyəti internet üzərində nəzarəti gücləndirmək üçün Çin və İran modellərini öyrənir.

Mənbələrin bildirdiyinə görə, Moskvada “Böyük Çin firewall”u və İranda etirazlar zamanı tətbiq edilən internet məhdudiyyətləri nümunə kimi araşdırılıb.

Bundan sonra rəsmilərə həm mobil, həm də sabit internet seqmentlərini geniş şəkildə bloklamaq və eyni zamanda onlayn kommunikasiya üzərində nəzarəti artırmaq tapşırığı verilib.

Məlumata əsasən, Kreml bu addımları milli təhlükəsizlik və ictimai birliyin qorunması ilə əsaslandırır və hesab edir ki, Qərb Rusiya cəmiyyətində parçalanma yaratmağa çalışır.

Məlumata görə, belə qərarların arxasında əsasən FTX dayanır. 

Son aylarda Rusiyanın müxtəlif regionlarında internet kəsintiləri ilə bağlı şikayətlər artıb. Bildirilir ki, artıq 67 regionda mobil internet problemləri müşahidə olunur, 72 regionda isə yalnız hökumətin icazə verdiyi saytların daxil olduğu “ağ siyahılar” tətbiq edilib.

Bu sistem artıq Moskvaya da çatıb. Məlumata görə, şəhərin mərkəzi hissələrində – xüsusilə Sadovoye halqası ətrafında – həm internet, həm də mobil rabitə fasilələrlə işləyib.

Ekspertlər hesab edir ki, bu proses Rusiyada internet üzərində daha sərt nəzarətin başlanğıcıdır. “RKS Global” təşkilatının həmtəsisçisi Sarkis Darbinyan bildirib ki, ölkə bu sahədə “rəqəmsal inkişafdan geri gedərək sanki daş dövrünə qayıdır”.

VPN xidməti “Amnezia”nın yaradıcısı Mazay Banzayev isə qeyd edib ki, mobil internet üzərində tətbiq olunan məhdudiyyətlər gələcəkdə bütün internetə nəzarətin gücləndirilməsi üçün sınaq rolunu oynayır. Onun sözlərinə görə, “ağ siyahı” sisteminin daha geniş tətbiqi yalnız zaman məsələsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR