İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantlar ayağa qalxdı: Polis kütləvi həbslərə başladı - VİDEO

1533 06.08.2025 15:24 Region A A

Rusiyanın Perm şəhərində miqrantların iştirakı ilə iğtişaşlar baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.

Məlumata görə, insident şəhərin Novıy Krım mikrorayonunda, barıt zavodunun əməkdaşları arasında yaranıb. Əraziyə hüquq-mühafizə orqanları ilə yanaşı, bir sıra ictimai hərəkatların nümayəndələri də gəlib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yol boyu düzülmüş polis maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının insanlarla söhbət etdikləri əks olunub.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, hadisə yerində xarici ölkə vətəndaşlarının kütləvi saxlanılması həyata keçirilib. Miqrasiya qanunvericiliyinin pozulması halları aşkar olunduğu halda, həmin şəxslərin deportasiyası nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR