İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “toxunulmazlar”ın əsəbi pozuldu – kameralar status tanımır, cərimə yağır

777 05.12.2025 21:37 Dünya A A

Rusiyada hakimlər, prokurorlar, deputatlar və digər yüksək statuslu vəzifəlilər gözləmədikləri problemlə üz-üzə qalıblar.

Musavat.com xəbər verir ki, avtomatik radar və yol kameraları onların “toxunulmazlıq statusunu” nəzərə almır və qayda pozuntularını birbaşa sistemə düşürərək cərimələri avtomatik göndərir. İllərlə “əl vurulmaz” hesab edilən məmurlar indi adi sürücülərlə eyni qaydada cəzalandırılır.

Hadisə gündəm yaradıb. Rəsmi şəxslər narazıdır, bəziləri açıq şəkildə etiraz edir:

“Avtomatik fiksasiya zamanı toxunulmazlıq nəzərə alınmırsa, bu nə deməkdir? Bizim statusumuz nəyə xidmət edir?” — deyə şikayətlər səslənir.

Vəzifəlilər bildirirlər ki, toxunulmazlıq onların sözlərinə görə “əsassız təqib və siyasi təzyiqdən qorunmaq üçündür”, yol cəriməsi üçün yox. Artıq məsələ parlament səviyyəsində müzakirəyə çıxarılıb, KoAP-a dəyişiklik edilməsi, yüksək vəzifəli şəxslərin kamera cərimələrindən azad edilməsi ideyası gündəmdədir.

Ekspertlər məsələni ironik qarşılayır: kameralar nə rüşvət tanıyır, nə deputat statusu, nə də xüsusi nömrə. Sistem kim qayda pozursa qeydə alır və cəriməni kəsir. Bu isə illərdir imtiyazlara öyrəşmiş məmurların narahatlığını artırıb.

Nəticə qısa və aydındır: Rusiyada indi kameralar hər kəs üçün bərabər davranır – vəzifəli-vəzifəsiz fərqi yoxdur. Bu da “toxunulmazların” əsəblərini xeyli gərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR