Ötən gecə Ukrayna Rusiyanın bir sıra bölgələrinə dron hücumü təşkil edib edib.
Musavat.com RBC-Ukraina-ya istinadən xəbər verir ki, Penza, Usman, Leninqrad vilayəti və digər şəhərlər vurulub.
SHOT Telegram kanalının məlumatına görə, gecə saatlarında Penzada 5-7 partlayış qeydə alınıb. Daha sonra Rusiya əczaçılıq bazarının ən böyük dərman istehsalçılarından biri olan PJSC Biosintez şirkətinin müəssisəsinə zərbə endirildiyi aydınlaşıb.
Həmçinin Lipetsk vilayətinin Usman şəhərindəki neft emalı zavoduna endirilən zərbə yanğına səbəb olub.
Leninqrad vilayətində Rusiya tərəfinin zərərsizləşdirdiyini dediyi dronun Berezhki kəndi yaxınlığında kompressor stansiyasının ərazisinə düşdüyü bildirilir.
Bundan əlavə, Sterlitamak və Tverdə də hava hücumu təhlükəsi elan edilib, partlayış səsləri eşidilib.
Musavat.com






