İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın kabusu qayıdır?

4293 10.12.2025 15:23 Dünya A A

NATO ölkələri Rusiyanın alyansa qarşı mümkün aqressiyasının qarşısını almaq üçün Kalininqrad üzərində “sistemli təzyiq” göstərməlidir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Mark Sedvill The Independent üçün qələmə aldığı məqalədə bildirib.

O, qədim çinli strateq Sun Szydən sitat gətirib:

“Müharibə sənətinin zirvəsi - döyüşə girmədən düşmənin iradəsini sındırmaqdır. Orada hücum et ki, düşmən hazır olmasın; orada görün ki, səni gözləməsinlər”.

Sedvill qeyd edib ki, NATO Moskva ilə bağlı eyni strategiyanı tətbiq etməlidir.

O xatırladıb ki, Kalininqrad quru və dəniz təchizatından asılıdır və NATO ölkələri bu marşrutlara nəzarət edə bilər. Mark Sedvillin fikrincə, alyans Rusiyanın digər “zəif nöqtələrinə” də təsir göstərə bilər - o cümlədən köhnəlmiş infrastruktur və Qərb texnologiyalarından asılılıq.

“Biz Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı kiberhücumlar həyata keçirmək qabiliyyətimizi nümayiş etdirməliyik”, - deyə o vurğulayıb.

Sedvill həmçinin NATO sularında rus gəmilərinin saxlanılmasını və beynəlxalq sularda kabel xəttlərinə hücumlara cavab vermək üçün alyansın hərbi-dəniz qüvvələrinə səlahiyyət verən eksteryal qanunvericilik qəbulunu təklif edib.

Mark Sedvill bildirib ki, belə addımların riski “Rusiyanı təhrik etməkdə deyil”, çünki Moskva artıq “hücum edir”.

“Risk ondadır ki, qarşı tərəfə qiymət qoymamaq yeni aqressiyanı təşviq edir”, - deyə o əlavə edib.

Bundan əvvəl ABŞ-ın Avropa və Afrika üzrə quru qoşunlarının komandanı, general Kristofer Donahyu bəyan edib ki, zərurət yaranarsa, NATO Kalininqrad vilayətini çox qısa müddətdə ələ keçirməyə qadirdir. O vurğulayıb ki, alyans artıq “Şərq cinahında çəkindirmə xətti” adlanan strategiyanı həyata keçirməyə başlayıb və bu, Rusiyadan gələn təhlükələrə effektiv cavab hazırlamağa imkan verəcək.

Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev isə NATO ölkələrini təlimlər zamanı Kalininqrad vilayətinin ələ keçirilməsini məşq etməkdə ittiham edib. O həmçinin Böyük Britaniya və bəzi Aİ ölkələrinin Rusiyanın dənizlərə çıxışını bağlamağı və Leninqrad və Kalininqrad vilayətlərində limanların fəaliyyətini iflic etməyi planlaşdırdıqlarını bildirib. Patruşev bu cür cəhdlər “adekvat və mütənasib cavabla” qarşılanacağı” barədə xəbərdarlıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR