İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq - SƏBƏB

864 08.02.2026 21:18 İqtisadiyyat A A

Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq.

Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb.

Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib.

Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.//apa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR