İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq icra başçısının oğlu tanışını itə görə güllələyib - Yevlaxdakı insidentin şok təfərrüatı

1704 16.01.2026 16:38 Kriminal A A

Yevlaxın İsmayılabad kəndi ərazisində silahlı insident baş verib.

Musavat.com-
a daxil olan məlumata görə, sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov “Vinçester” markalı odlu silahdan atəş açaraq tanışını ağır yaralayıb. Yaralı təcili tibbi yardım vasitəsilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Musavat.com-a daxil olan digər məlumata görə, Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.

APA-nın məlumatına görə, 39 yaşlı Zaur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur. Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham edilən sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azadlığa buraxılıb. O, həmin ilin dekabr ayında vəfat edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR