Ukrayna Ali Antikorrupsiya Məhkəməsi (VAKS) ölkənin sabiq energetika naziri, keçmiş ədliyyə naziri German Qaluşenko barəsində həbs qətimkan tədbiri seçib.
Musavat.com-un məlumatına görə, bu barədə RBK-Ukrayna agentliyi xəbər yayıb.
Məlumata əsasən, Qaluşenko “Energoatom” şirkətinin vəsaitlərini yumaqda ittiham olunur. Məhkəmənin qərarı ilə o, istintaq müddətində həbsdə saxlanılacaq. Eyni zamanda, onun 200 milyon qrivna (təxminən 4,6 milyon ABŞ dolları) məbləğində girov qarşılığında azadlığa buraxılması mümkündür.
Prokurorluq isə daha sərt mövqe sərgiləyərək girovun 425 milyon qrivna (9,8 milyon dollar) məbləğində müəyyən edilməsini tələb edib.
E.Məmmədəliyev,
Musavat.com






