Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
APA xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, martın 17-də saat 18:15 radələrində baş verən qəza nəticəsində 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir.






