İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagird pəncərədən yıxıldı – RƏSMİ AÇIQLAMA

838 18.02.2026 13:43 Hadisə A A

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, 18 fevral 2026-cı il tarixində Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdi pəncərədən yıxılıb.

Hadisə zamanı dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Məktəb rəhbərliyi həmçinin valideynlər və hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

İdarə qeyd edib ki, şagirdin vəziyyəti nəzarətdə saxlanılır və ictimaiyyətdən hadisəyə həssas yanaşaraq yalnız rəsmi açıqlamalara istinad etməsi xahiş olunur.** NOCOMMENT.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR