İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Sərhədə əsgərlər yığılır - NATO-nun ən böyük 3-cü ordusu PANİKADA

2545 20.07.2026 13:19 Dünya A A

NATO-nun ən böyük ordularından birinə malik olan Polşa ölkənin şərq və şimal-şərq sərhədlərində təhlükəsizliyi gücləndirmək məqsədilə yeni hərbi birlik yaradacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, yeni qüvvənin Rusiya və Belarusla həmsərhəd bölgələrdə yerləşdirilməsi planlaşdırılır.

Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamyzın açıqlamasına görə, "Sərhəd Mühafizə Komponenti" adlandırılacaq yeni birlik hibrid təhdidlərə, qeyri-qanuni miqrasiya təzyiqinə və pilotsuz uçuş aparatları ilə həyata keçirilə biləcək hücumlara qarşı fəaliyyət göstərəcək.

Yeni hərbi birliyin Polşanın 2024-cü ildə Rusiya və Belarus sərhədində müdafiə imkanlarını gücləndirmək məqsədilə başladığı "Şərq Qalxanı" (East Shield) layihəsi çərçivəsində fəaliyyət göstərəcəyi bildirilib. Layihə sərhəd boyu müdafiə infrastrukturunun genişləndirilməsi və təhlükəsizlik tədbirlərinin artırılmasını nəzərdə tutur.

Rəsmi açıqlamada qeyd olunub ki, yeni hərbi birliyin yaradılması təkcə Polşanın milli təhlükəsizliyini gücləndirmək deyil, həm də NATO-nun şərq cinahının müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

Son illərdə regionda təhlükəsizlik risklərinin artması fonunda Polşa sərhəd infrastrukturuna və hərbi hazırlığa ayrılan vəsaiti əhəmiyyətli dərəcədə artırıb. Yeni birlik də bu strategiyanın davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, Polşa ordusu NATO-nun ən böyük 3-cü ordusudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR