İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev İspaniya Kralını təbrik etdi

467 20.07.2026 14:17 Rəsmi A A

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".

Qeyd edək ki, iyulun 19-da futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR