İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Bağırovdan SON DƏQİQƏ AÇIQLAMALARI - “Sərhədkeçmə müddəti sürətlənib, etimad artır...” FOTO

1359 08.12.2025 11:37 İqtisadiyyat A A

Bakıda “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbir keçirilir. Tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov çıxış edib.

Musavat.com xəbər verir ki, DGK sədri avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25 faiz azaldılmasına nail olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanda gömrük rəsmiləşdirmə müddətinin 35 faiz, fiziki yoxlamaların sayının isə 22 faiz azaldılmasına nail olunub.

“Gömrük işinin müxtəlif sahələri üzrə beynəlxalq tələblərə uyğun metodiki vəsaitlər hazırlanıb, elektron bildiriş sistemi ilə və təminat əsaslı malların buraxılışı mexanizmi tətbiq edilməklə gömrük ödənişlərinə səmərəli nəzarət üsulları formalaşdırılıb.

2024-cü il ərzində malların gömrük dəyərində bəyannamələr vasitəsilə dəqiqləşmiş 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsaitin büdcənin gəlirləri hesabına cəlb edilməsi təmin olunub. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda, 2024-cü ildə faktiki büdcəyə köçürülmüş məbləğ 2 milyard 305 milyon manat və ya 53 faiz artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib”, - deyə Şahin Bağırov əlavə edib.

O qeyd edib ki, dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ildə 2,3 milyon manat məbləğində, cari ilin 11 ayında isə 3,9 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib:

“Toplanmış gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35 faizini, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun isə 8 faizini təşkil edib”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR