"Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir".
Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı sosial media hesabında məlumat yayıb.
O bildirib ki, məktəbdə baş verən hadisə MÜTDA və Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.
Onun sözlərinə görə,Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
Şahanə Rəhimli
Musavat.com






