"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, müğənni evlərinin mətbəxindən görüntü yayımlayaraq, həyat yoldaşının onun üçün yemək hazırladığını bildirib.
"Çox şanslıyam, bu gün yoldaşım mənə yemək edir. Həmişə mən hazırlayıram. Hərdən o da edir. Yoldaşım 14 yaşı olanda yemək hazırlamağı öyrənib. Mən də İsveçdə yemək hazırlamağı öyrəndim. Tək yaşayırdım. İndi oğlumuza da öyrədirik", - deyə Safurə bildirib.
Qeyd edək ki, Fərhad mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərhad və Safurə cütlüyünün 3 övladı var.
Könül
Musavat.com






