Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkələrdə oğlu Adəm Kadırov ilə birlikdə süfrə arxasında əyləşdiyi videonu yayımlayıb.
Musavat.com xəbər verir ki, kadrlarda Kadırov otağa daxil olan Adamə “Dirildi, don” deyə müraciət edib.
Videoda süfrə arxasında Kadırovun yaxın köməkçilərindən olan Vismurad Əliyev də yer alır. Paylaşım son günlər Adəm Kadırovun ağır yol-nəqliyyat hadisəsinə düşməsi ilə bağlı yayılan şayiələr fonunda diqqət çəkib.
Xatırladaq ki, Ramzan Kadırov bir gün əvvəl bu iddiaları “süni intellekt vasitəsilə hazırlanmış saxta məlumat” adlandıraraq təkzib etmişdi. Bununla belə, yayımlanan videonun metaməlumatlarının (metadata) silinmiş olması sosial şəbəkələrdə yeni suallar yaradıb. İstifadəçilər görüntülərin nə vaxt və hansı şəraitdə çəkildiyinin bilinməməsini xüsusilə vurğulayırlar.
Musavat.com






