İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə terror hücumundan 3 il ötür – Tehranın cavab vermədiyi suallar hələ qalır

724 27.01.2026 16:41 Gündəm A A

Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 3 il keçir: cavabsız suallar və davam edən məsuliyyət problemi

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktından 3 il ötür. 2023-cü ilin yanvarın 27-də baş verən silahlı hücum təkcə bir diplomatik nümayəndəliyə deyil, bütövlükdə beynəlxalq hüquqa, diplomatik toxunulmazlıq prinsiplərinə və dövlətlərarası münasibətlərin əsaslarına açıq təcavüz idi.

Həmin gün səhər saatlarında silahlı şəxs avtomobillə səfirliyin ərazisinə daxil olaraq mühafizə postuna hücum etdi. Nəticədə səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş yaralandı.

URXAN.jpg (174 KB) 

Orxan Əsgərov

VASİFFF.jpg (92 KB)

Vasif Tağıyev 

Hadisə Azərbaycan cəmiyyətində dərin sarsıntı yaratmaqla yanaşı, Bakı-Tehran münasibətlərində də ciddi böhrana səbəb oldu.

e5b6caf60d7f048f7439339334125a83.jpg (137 KB)

Terrorçu Yasin Hüseynzadə

İran tərəfi hücumdan dərhal sonra hadisəni “şəxsi motivlər” və “ailə münaqişəsi” ilə əlaqələndirməyə çalışdı. Lakin rəsmi Bakı bu izahı qəti şəkildə rədd etdi. Azərbaycanın mövqeyi dəyişməz olaraq qaldı: diplomatik missiyaya qarşı avtomat silahla həyata keçirilmiş hücum terror aktıdır və bu hadisəyə görə İran dövləti birbaşa məsuliyyət daşıyır.

Beynəlxalq hüquqa əsasən, qəbul edən ölkə diplomatik nümayəndəliklərin təhlükəsizliyini tam təmin etməyə borcludur. Səfirliyin mühafizəsinin zəifliyi, hücumçunun asanlıqla əraziyə daxil olması və hadisədən əvvəl təhlükəsizliklə bağlı edilən xəbərdarlıqların nəzərə alınmaması rəsmi Tehranın izahatını inandırıcılıqdan daha da uzaqlaşdırırdı.

VASİFF.jpg (34 KB)

Hücumdan sonra Azərbaycan səfirliyinin fəaliyyəti dayandırıldı, diplomatik heyət Tehrandan təxliyə edildi. Bu addım Azərbaycan-İran münasibətlərində ən ciddi diplomatik gərginlik kimi qiymətləndirildi. Rəsmi Bakı açıq şəkildə bildirdi ki, günahkarlar layiqincə cəzalandırılmadan və təhlükəsizliklə bağlı real zəmanət verilmədən səfirliyin fəaliyyəti bərpa olunmayacaq.

3 il keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətində əsas sual açıq qalır: terror aktının arxasında dayanan bütün məsul şəxslər tam şəkildə ifşa olunubmu və cəzalandırılıbmı?

İran tərəfinin apardığı istintaq prosesinin şəffaflığı və nəticələri hələ də ciddi şübhələr doğurur.

Ekspertlərin fikrincə, bu terror aktı Azərbaycana siyasi mesaj vermək cəhdi də ola bilərdi.

Azərbaycan cəmiyyəti şəhid Orxan Əsgərovu ehtiramla yad edir və ədalətin tam bərpa olunmasını tələb edir. Bu hadisə təkcə bir terror aktı deyil, həm də dövlətlərarası münasibətlərdə məsuliyyətin, etimadın və beynəlxalq hüquqa hörmətin sınağıdır.

elman.jpg (79 KB)

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Azərbaycanın İrana münasibətdə daim nümayiş etdirdiyi xoşməramlı addımlar fonunda İran tərəfi Azərbaycana qarşı çox hallarda qərəzli münasibət ortaya qoyub. Mehriban qonşuluq siyasətinə zidd addımlar atıb:

“Belə addımlardan ən ağırlarından biri 3 il öncə 27 yanvarda Azərbaycana qarşı atıldı - Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu təşkil edildi, səfirliyimizin əməkdaşı qətlə yetirildi.

Şübhəsiz ki, bu, ikitərəfli münasibətləri çox kritik vəziyyətə gətirib çıxardı və diplomatik münasibətlərimizdə uzun müddət çəkən pauza yarandı. İran tərəfi öhdəlik götürdü ki, cinayəti həyata keçirmiş şəxsə qarşı ən sərt addım atılacaq. Təəssüf ki, bu öhdəlik uzun müddət yerinə yetirilmədi. Uzun müddət ritorikadan o yana keçməyən bəyanatlar verildi. Cinayəti həyata keçirmiş şəxsin anlaqsız elan edilməsi, onun cinayətinin cürbəcür yollarla ört-basdır edilməsi də ikitərəfli münasibətlərimizə ciddi zərbə vurdu.

MESUD.jpg (81 KB)

Azərbaycan Prezidenti bu məsələyə münasibətdə çox qətiyyətli mövqe ortaya qoydu. Məsud Pezeşkianın prezident seçilməsi ilə Azərbaycan-İran münasibətlərindəki Tehrandan qaynaqlanan gərginliyin aradan qaldırılması yönündə işlər görüldü.

İLHAMİ SON.jpg (55 KB)

Lakin bu gün də İrandakı bir sıra dairələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır və buna çalışırlar, Azərbaycanı hədəfə alırlar. Azərbaycan səfirliyinə qarşı terror aktının həyata keçirildiyi bir ölkənin siyasi, hərbi dairələrinin belə hərəkətləri pislənməlidir. İrana qarşı həmişə xoşməramlı münasibət siyasətini yürüdən ölkəni hədələmək həm də nankorluqdur. Məsuliyyət İranın üzərinə düşür”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR