İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı inkişaf layihələri təqdim ediləcək

1163 23.12.2025 19:03 Mədəniyyət A A

Deputat: "Şuşa və Şərqi Zəngəzur “Ağıllı şəhər” və modern memarlıq layihələrinin mərkəzi olacaq"

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinin qorunması və bu sahədə müasir yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda vurğulanır ki, tarixi şəhərlərimizin formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb, müasir dövrdə isə şəhərsalma fəaliyyəti dayanıqlı inkişaf, tarazlı məskunlaşma və innovativ həllər üzərində qurulur.

Sərəncamdan irəli gələrək suallar da aktuallaşır: “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hansı konkret layihələr və islahatlar gözlənilir? Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan şəhərsalma məktəbi üçün hansı yeni təcrübələri formalaşdırıb? Şuşanın tarixi memarlıq simasının bərpası bu prosesin ən mühüm nümunəsi kimi necə dəyərləndirilməlidir? Eyni zamanda, dayanıqlı inkişaf və “yaşıl şəhər” konsepsiyası Azərbaycanda nə dərəcədə real və sistemli şəkildə tətbiq olunur?

Azər Badamov danışdı Pravda.az

İqrisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı Musavat.com-a danışıb: "Şəhərsalma və memarlıq mövzusu üzrə müzakirələr son zamanlarda daha parçalanmış görünür. Buna səbəb isə modernist pionerlərin öz yaradıcılıqlarında tarixilikdən uzaqlaşmalarıdır. Tənqidi baxışlar artır, fikirlər çoxalır ki, xalqlar öz tarixi köklərindən uzaqlaşırlar. Bu baxımdan sosial narahatlıqlar postmodern dizayn təcrübəsində də özünü göstərir.

Cənab Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə hər zaman xüsusi həssaslıqla yanaşmış, aldığı qərarlarda, imzaladığı fərman və sərəncamlarda bu məsələni xüsusilə nəzərə almışdır. Azərbaycan yürütmüş olduğu siyasətində tarix boyu keçdiyi yola olduqca böyük önəm verir, hörmətlə yanaşır, tarixi şəxsiyyətlərini hörmətlə yad edir. Eyni zamanda, dünyanın yeni çağırışlarına cavab vermək istiqamətində bütün sahələr üzrə mütərəqqi yanaşmalar ortaya qoyulur.

Bu baxımdan da 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda da qeyd edildiyi kimi Azərbaycanda şəhərsalma və memarlıq ənələrinin çoxəsrlik, zəngin keçmişi vardır. Eyni zamanda Azərbaycan İpək yolu üzərində yerləşməklə önəmli ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr qura bilmişdir. Təbii ki, məhz bu amilin özü də Azərbaycanda mədəni müxtəlifliyin daha da zənginləşməsinə, xalqlararası anlaşmanın dərinləşməsinə xidmət edib".

Millət vəkili qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri uğurla tətbiq edilir:"Tətbiq edilən müasir, yeni texnologiyaya paralel olaraq Azərbaycanın tarixi ornamentləri və xüsusiyyətləri bərpa edilən şəhər və rayonlarda mütləq qaydada nəzərə alınır. “Şəhərsalma və memarlıq ili” çərçivəsində müxtəlif təyinatlı tədbirlərin keçirilməsi gözlənilir ki, bu da Azərbaycanın beynəlxalq arenada, daha uğurlu formada təqdimatına yeni rəng qatacaq, töhfə verəcək. Bütövlükdə qeyd edilməlidir ki, tarixiliyin qorunub saxlanılması Azərbaycan üçün hər zaman vacib olub.

Xalqların milli mənəvi dəyərlərinə zidd hansısa ştrixlərin tətbiq edilməməsi, eyni ilə tarixliyin nəzərə alınması və buna istinad edilməsi olduqca önəmli məsələdir. Bu baxımdan, qarşıdan gələn yeni ildə, düşünürəm ki, son dərəcə mütərəqqi ideyalar toplusu təqdim ediləcəksə, eynilə burada çox əsrlik tariximiz də hər zaman olduğu kimi nəzərə alınacaq".

Azər Badamov vurğulayır ki, Azərbaycan UNESCO-nun Ümumdünya İrs siyahısına önəmli töhfələr verib:" Onların arasında İçərişəhər və Şirvanşahlar saray kompleksi, Qız qalası, Şəkinin tarixi mərkəzi və Xansarayı xüsusi əhəmiyyətə malikdir. Həmin bu tarixi abidələr dünyanın nüfuzlu memarları tərəfindən yüksək qiymətləndirilir və onların tikilişlərində müraciət olunan üslublar detallı şəkildə nəzərdən keçirilir. Habelə, Azərbaycan görkəmli sənətkarlar dünyaya bəxş edib ki, məsələn, Əcəmi Naxçıvaninin üslubunun öyrənilməsi son zamanlarda geniş vüsət alıb.

Ümummilli Lider Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə şəhərsalma və memarlığın inkişafına son dərəcə həssas yanaşıb. Bilavasitə Ulu öndərin addımları nəticəsində memarlıq və şəhərsalma sahəsində vacib qərarlar qəbul edilib. Müxtəlif təyinatlı tədbirlər keçirilib ki, Azərbaycan xalqı öz kökündən uzağa düşməsin, eyni ilə həmin bu tarixilik dünyada nümayiş etdirilsin.

Böyük Qayıdışa dair Dövlət Proqramları uğurla icra edilərkən, bütün bu məsələlər bir daha nəzərə alınır. Artıq Qarabağ və Şərqi Zəngəzur mədəni tədbirlərə ev sahibliyi edir. Azərbaycanın şəhərsalma və memarlıq təcrübəsi dünya tərəfindən qəbul edilir".

Deputat qeyd edir ki, Şuşanın tarixi memarlıq siması bərpa edilərkən bu bölgənin nüfuzlu sənətkarlarının, ədəbiyyatşünaslarının Azərbaycan xalqı qarşısında vermiş olduğu töhfələr nəzərə alınır:"Təbii ki, “yaşıl şəhər” konsepsiyasının tətbiqi və bütövlükdə dayanıqlı inkişafla bağlı Azərbaycanın atdığı addımlar Azərbaycanda uğurla tətbiq olunur. Məsələ ondan ibarətdir ki, ənənəvi enerji resursları ilə bərabər Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji baxımından da son dərəcə zəngindir. Odur ki, dünya bu gün dayanıqlı inkişaf konsepsiyaları üstündə inkişaf etdiyindən Azərbaycan da bu inkişafa önəm verir. “Şəhərsalma və memarlıq ili” çərçivəsində düşünürəm ki, dayanıqlı inkişaf və “yaşıl şəhər” konsepsiyalarla bağlı yeni layihələr tətbiq ediləcək, müxtəlif təyinatlı tədbirlər, habelə mədəni tədbirlər keçiriləcək. Mahiyyət etibarilə Azərbaycan xalqının tarixliyinin unudulmamasına əsas diqqət göstəriləcək".

Azər Badamov onu da bildirir ki, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri sadəcə Azərbaycan rakursundan önəmli deyil, bu işlər dünyada yüksək qiymətləndirilir və beynəlxalq təcrübədə onlara istinad edilir:"Azərbaycan bərpa və yenidənqurma təcrübəsini münaqişədən çıxmış ölkələrlə, hələ də həssas, kövrək olan regionlarla bölüşür. Şəhərsalma və memarlıq birbaşa humanitar siyasətin tərkib hissəsi olduğundan bu məsələdə sosial çağırışlar və reaksiya xüsusi diqqət yetiriməli məsələdir. İşğaldan azad edilmiş ərazilər yenidən qurularkən həmin bölgənin əhalisinin fikri mütləq nəzərə alınır. Biz bunu rayonlarımızın, şəhərlərimizin baş planlarının tərtibi zamanı da görürük. Bu planlarda bölgənin tarixinin, adət-ənənələrimizin ehtiva edilməsi mütləqdir ki, soykökümüzdən uzaq düşməyək, bunu gələcək nəsillərə ötürək, həm də dünya gündəmində tarixi faktlarımızı aktiv saxlaya bilək. Tarixi yaddaşın yazılması üsuallarından biri də şəhərsalma və memarlıq mədəniyyətidir. Bu baxımdan Azərbaycan şəhərsalma məktəbi üçün tarixilliklə postmodernizmin unikal vəhdətini yarada bilib. Dünya şöhrətli sənətkarlarımızın, incəsənət xadimlərimizin büstlərinin bərpası, yaradıcılıq gecələrinin keçirilməsi, müxtəlif məzmunlu tədbirlərin keçirilməsi artıq silsiləli xarakter alıb".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR