İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH komandanı Azərbaycanla sərhədə gəldi

2594 22.03.2026 21:30 Gündəm A A

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Kiomərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri edib.

Bu barədə İran mətbuatı yazıb.

Sahə səfəri zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib.

Onun sözlərinə görə, quru qoşunları bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə qadirdir.

Heydəri sərhəd pozucularının istənilən hərəkətinə sərt və qətiyyətli cavab veriləcəyini və mümkün müdaxilələrə qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və sarsıdıcı cavab veriləcəyini vurğulayıb.

Qeyd edək ki, İran qərbdən İraq, şimal-qərbdən isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.\\"Unikal"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR