SEPAH ilə əlaqəli media orqanları İordaniyada yerləşən “Müvəffəq əs-Səlti” hava bazasını hədəf alan video yayımlayıb.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, videoda baza perronu və uçuş-enmə zolaqları göstərilərək “tammiqyaslı müharibə” xəbərdarlığı verilib.
Məlumata görə, bu görüntü güc nümayişindən çox psixoloji müharibə və bölgədə gərginlik yaratmaq məqsədi ilə hazırlanıb.
İordaniyada yerləşən baza ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə cəmləşdirilməsi üçün əsas mərkəzlərdən biridir.
Qeyd edək ki, İran xalqı iqtisadi təzyiq və repressiyalar altında yaşadığı bir dövrdə SEPAH-ın təbliğat maşını müharibə ssenariləri və media tamaşaları ilə diqqət çəkir.
Musavat.com






