İnsanlara hürriyət, millətlərə istiqlal!

Serial çəkilişində öpüşmə səhnəsinə vətəndaşların REAKSİYASI: Bu, günahdır... - VİDEO

2027 20.02.2026 15:43 Dünya A A

Nobel mükafatlı yazıçı Orxan Pamukun eyniadlı romanı əsasında ekranlaşdırılan "Masumiyet Müzesi" serialının çəkilişləri Adanada davam edir.

Çəkiliş prosesini kənardan maraqla izləyən kənd sakinlərinin reaksiyası sosial mediada gündəm olub.

Serialın çəkilişlərini uzaqdan təqib edən bir vətəndaşın öpüşmə səhnəsi zamanı verdiyi reaksiya izləyənləri güldürüb. Görüntülərdə həmin şəxsin yanındakı dostuna müraciətlə:

"Vallah öpüşdülər, Bayram... Günahdır, günah!" - dediyi eşidilir.

Kənd sakinlərinin səmimi reaksiyaları və fondakı gülüşmələr qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR