İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyidağa Nağıyev Rusiyada çempion oldu VİDEO

803 16.02.2026 15:15 İdman A A

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 72 kq çəki dərəcəsində 6 raundluq peşəkar boks gecəsi Azərbaycan idmansevərləri üçün əlamətdar hadisə ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi Seyidağa Nağıyev rinqdə Rusiya təmsilçisi Pavel Mamontov ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən döyüş ərzində hər iki boksçu yüksək əzmkarlıq nümayiş etdirib. İlk raundlardan etibarən təşəbbüsü ələ alan Seyidağa Nağıyev sürətli və dəqiq zərbələri ilə üstünlük qazanıb. Rəqibinin müqavimətinə baxmayaraq, azərbaycanlı boksçu həm taktiki baxımdan düzgün qurulmuş döyüş planı, həm də fiziki hazırlığı ilə seçilib.

6 raundun yekununda hakimlərin yekdil qərarı ilə qələbə Seyidağa Nağıyevə verilib. Bununla da o, 72 kq çəki dərəcəsində gecənin çempionu adını qazanıb.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR