İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistanı silahlandırmaqda davam edir: Sezarlar təlim meydanında

410 20.07.2026 13:06 Dünya A A


Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın 155 millimetrlik “Caesar” özüyeriyən artilleriya qurğularının iştirakı ilə keçirilən hərbi təlimlərin görüntülərini yayımlayıb. Ermənistanda bu sistemlərə “Aramazd” adı verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Papikyan görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

“Ermənistan Respublikası ordusunun hərbi qulluqçularının 155 mm-lik ‘Aramazd’ özüyeriyən artilleriya qurğularında hazırlığı”, – deyə müdafiə naziri videoya yazdığı şərhdə bildirib.
Telegram-da yayımlanan videoda artilleriya heyətinin komandiri öz xidməti və vəzifələri barədə də danışır.

Qeyd edək ki, Ermənistan son illərdə Fransa ilə müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir. İrəvan 2023-cü ildən etibarən Parisdən hərbi yardım və texnika almağa başlayıb. Ermənistan ordusu üçün nəzərdə tutulan zirehli avtomobillərin ilk partiyası Gürcüstan ərazisindən keçməklə ölkəyə çatdırılıb.

2023-cü ilin oktyabr ayının sonunda Fransanın o vaxtkı müdafiə naziri Sebastyen Lekornü Parisin Ermənistana üç ədəd Ground Master 200 (GM200) radar sistemi satmaq niyyətində olduğunu açıqlamışdı.

Bundan başqa, Mistral daşınan zenit-raket kompleksləri ilə bağlı raket sistemləri istehsalçısı MBDA ilə niyyət məktubunun imzalanması planlaşdırılıb. Lekornü, həmçinin Fransanın Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində təlim keçəcəyini bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR