Şimali Koreya modernləşdirilmiş bərkyanacaqlı raket mühərrikinin yerüstü sınağını keçirib.
"Associated Press" agentliyi xəbər verir ki, bu mühərrik ABŞ-nin materik ərazisini vura bilən qitələrarası raketlərdə istifadə oluna bilər.
Karbon kompozitindən hazırlanmış yeni mühərrik təxminən 2.5 min kilonyutonluq maksimal itələmə qüvvəsi inkişaf etdirir ki, bu da ötən ilin sentyabrında sınaqdan keçirilmiş oxşar bərkyanacaqlı mühərrikdən (1.97 min kilonyuton) daha böyükdür.//Oxu.az






