İnsanlara hürriyət, millətlərə istiqlal!

Smotriçin oğlu ağır yaralandı: qəlpə qaraciyərini deşdi

1387 10.03.2026 19:18 Gündəm A A

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Livan sərhədi yaxınlığında baş verən hücum zamanı oğlunun ağır yaralandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Əl Cəzirə yayıb. Bildirilir ki, hücum nəticəsində səkkiz İsrail əsgəri yaralanıb və hadisə zamanı qəlpələrdən biri Smotriçin oğlunun qaraciyərini deşib.

Nazirin sözlərinə görə, oğlunun vəziyyəti ağır olaraq qiymətləndirilir və o, xəstəxanada həkimlərin nəzarəti altındadır.

Hadisənin Livan sərhədi yaxınlığında baş verdiyi, hücumun isə regionda artan gərginlik fonunda həyata keçirildiyi qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR