Amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask özünü çox vaxt xoşbəxt hiss etmədiyini etiraf edib.
Musavat.com xəbər verir ki, o, bu barədə "X" sosial media platformasında yazıb.
"Mən nadir hallarda xoşbəxt oluram", - deyə iş adamı Kekius_Sage istifadəçisinin şərhinə cavab olaraq qeyd edib.
Kekius_Sage Maskın başqalarından daha xoşbəxt, yoxsa sadəcə "başqalarından daha səs-küylü" olduğunu soruşub.

Musavat.com






