Ukraynanın Təhlükəsizlik Xidmətinə yaxın mənbələr KİV-ə bildiriblər ki, Rusiya tankerinə Aralıq dənizinin neytral sularında ilk dəfə zərbə endirilib.
Musavat.com xəbər verir ki, məlumata görə, hücum hava vasitəsilə idarə olunan pilotsuz uçuş aparatları ilə həyata keçirilib.
Hadisə ilə bağlı zərbələrin əks olunduğu video da yayılıb. Görüntülərdə dronların tankerə dəqiq zərbələr endirdiyi görünür.
UTX mənbələrinin iddiasına əsasən, tanker kritik dərəcədə zədələnib və artıq istifadə üçün yararsız vəziyyətə düşüb. Gəminin hansı bayraq altında üzməsi və hansı məqsədlə istifadə edildiyi barədə əlavə detallar açıqlanmayıb.
Əgər məlumat təsdiqlənərsə, bu hadisə Ukrayna–Rusiya münaqişəsinin coğrafiyasının faktiki olaraq Aralıq dənizinə qədər genişlənməsi anlamına gələ bilər. Rusiya tərəfi hələlik bu iddialara rəsmi münasibət bildirməyib.
Musavat.com






