İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok qərar: qaradərililərin hər birinə 5 milyon dollar təzminat — şəhər büdcədə “iflas” siqnalı verir

818 02.01.2026 01:56 Dünya A A

San-Fransiskoda yerli hakimiyyət qaradərili sakinlər üçün təzminat fondu yaratmaq niyyətini açıqlayıb.

Musavat.com xəbər verir ki, plana əsasən, ayrı-ayrı hallarda hər bir qaradərili sakinə 5 milyon dollar məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulur.

Lakin təşəbbüs icra mərhələsinə çatmamış ciddi maliyyə maneələri ilə üzləşib. Rəsmilər etiraf edirlər ki, San‑Fransisko şəhərinin büdcə kəsiri təxminən 1 milyard dollar təşkil edir və bu səbəbdən belə iri məbləğdə ödənişlərin verilməsi real görünmür. Şəhər rəhbərliyinin sözlərinə görə, mövcud maliyyə durumu “çox kasıb vəziyyət” kimi qiymətləndirilir.

Təzminat nə üçün ödənilməlidir?

Şəhər rəhbərliyi və xüsusi komissiyanın mövqeyinə görə, planlaşdırılan ödənişlər tarixi və sistemli ayrı-seçkiliyin nəticələrinin kompensasiyası məqsədi daşıyır.

Bildirilir ki, ABŞ-da köləlik rəsmi olaraq ləğv edilsə də, onilliklər ərzində qaradərili icmalar:

mənzil bazarında süni məhdudiyyətlərə (redlining),

iş və kredit imkanlarında ayrı-seçkiliyə,

təhsil və sosial xidmətlərdə qeyri-bərabər münasibətə məruz qalıb.

Komissiyanın hesabatında vurğulanır ki, San-Fransiskonun bələdiyyə siyasətləri də bu zərərlərin dərinləşməsində rol oynayıb.

Xüsusilə:

qaradərililərin yaşadığı məhəllələrin planlı şəkildə dağıdılması,

infrastruktura investisiyaların yönəldilməməsi,

polis nəzarətinin qeyri-proporsional tətbiqi qeyd edilir.

Nəticə etibarilə qaradərili ailələrin orta gəliri şəhər üzrə ən aşağı səviyyədə qalıb, ev mülkiyyəti göstəriciləri kəskin şəkildə geriləyib və gentrifikasiya səbəbilə şəhərdən sıxışdırılma prosesi sürətlənib.

Cəmiyyətdə parçalanma

Təzminat ideyası cəmiyyətdə kəskin fikir ayrılığı yaradıb. Tərəfdarlar bunu tarixi ədalətin gecikmiş bərpası kimi dəyərləndirir. Tənqidçilər isə büdcə böhranı yaşayan bir şəhərin bu cür maliyyə öhdəliyini üzərinə götürməsini populizm və real olmayan vəd adlandırır.

Müzakirələrin əsas sualı isə açıq qalır: kimə, hansı meyarlarla və hansı mənbə hesabına 5 milyon dollar ödəniləcək?

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR