Rusiya son günlər yenidən Azərbaycana qarşı təhdid və şantaj siyasəti yürütməyə başlayıb. Belə ki, Kremlin “danışmanları”ndan olan, Azərbaycana qarşı hər zaman qərəzliyi ilə seçilən politoloq Aleksandr Duqin açıq şəkildə Azərbaycanın və digər postsovet dövlətlərinin suverenliyinə qarşı çıxaraq deyib ki, Moskva bu müstəqilliyi ilə barışmamalıdır. Bir neçə gün öncə isə Kremlin başqa bir təbliğat ruporu, telejurnalist Vladimir Solovyov eyni imperiya tezislərindən çıxış edərək, Azərbaycanı və digər postsovet ölkələri “xüsusi hərbi əməliyyatla” hədələmişdi.
Bəs Rusiya niyə son vaxtlar yenidən Azərbaycana qarşı bu cür hücumlara keçib?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






