Sovet məktəbinin fizika müəllimindən Kremlin əsas təbliğatçısına gedən yol – sensasion görüntülər ortaya çıxdı
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan 1989-cu ilə aid nadir kadrlar Rusiya təbliğat maşınının ən aqressiv simalarından biri olan Vladimir Solovyovun keçmişinə yeni işıq salıb. Videoda Solovyovun Moskvanın adi bir orta məktəbində fizika müəllimi kimi dərs keçdiyi görünür – sakit auditoriya, lövhə, gənc və saqqallı müəllim…
Heç kim təsəvvür edə bilməzdi ki, bu sadə məktəb müəllimi onilliklər sonra Kremlin ən sərt ritorikasını daşıyan, atom bombası hədələri səsləndirən, qonşu xalqlara – o cümlədən Azərbaycana qarşı düşmənçilik püskürən baş təbliğatçıya çevriləcək.
Bir vaxtlar şagirdlərə laboratoriya tapşırığını izah edən həmin adam indi dövlət televiziyalarında “nüvə düyməsi”ni müzakirə edən, Rusiyanın aqressiv ideoloji aparatının əsas üzünə çevrilən fiqurdur.
Tarixin bu kadrları göstərir ki, sinif otağından qlobal təhdid səviyyəsinə gedən yol bəzən göründüyündən qat-qat qısa olur.
Musavat.com həmin görüntüləri təqdim edir.
Musavat.com






