İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İran ilk dəfə BU RAKETDƏN istifadə etdi - VİDEO

2989 15.03.2026 15:33 Dünya A A

İran “Doğru vəd 4” əməliyyatının 54-cü dalğasının həyata keçirildiyini açıqlayıb.

Musavat.com “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatın bu mərhələsində müharibənin başlanmasından bəri ilk dəfə olaraq “Siccil” tipli ballistik raketdən istifadə olunub.

Məlumata görə, “Doğru vəd 4” əməliyyatının 54-cü dalğası İsrailin hava əməliyyatlarını idarə edən qərarvermə mərkəzlərinə, hərbi və müdafiə sənayesi infrastrukturlarına, həmçinin İsrail ordusunun qüvvələrinin cəmləşdiyi məntəqələrə qarşı həyata keçirilib. 

SEPAH-ın açıqlamasında qeyd olunub ki, hücum zamanı 2 tonluq döyüş başlığına malik “Xürrəmşəhr”, “Xeybər-Şekan”, “Qədr”, “İmad” raketləri, eləcə də ilk dəfə olaraq strateji və bərk yanacaqlı “Siccil” raketindən istifadə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR