Təxminən 2 aydır reanimasiyada ölümlə mübarizə aparan məşhur müğənni Fatih Üreklə bağlı üzücü iddia irəli sürülüb.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, 59 yaşlı sənətçinin komada olduğu bildirilir.
Fatih Ürek oktyabrın 15-də İstanbulda yerləşən evində ürəktutması keçirib. Ürəyi təxminən 20 dəqiqə dayanıb. Təcili tibbi yardım briqadasının müdaxiləsi nəticəsində ürəyi yenidən işə salınan Ürek dərhal xəstəxanaya yerləşdirilib. Məlumata görə, sənətçi ara-sıra gözlərini açıb-bağlayırmış. Lakin uzun müddət hərəkətsiz vəziyyətdə yatması səbəbilə bədənində yaralar əmələ gəlib.
Musavat.com






