İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya ballistik raketlərlə HÜCUMA KEÇDİ - Kiyevdə PARTLAYIŞLAR

1649 08.02.2026 20:17 Son xəbər A A

Fevralın 8-i axşam saatlarında Rusiyanın ballistik raket zərbələri nəticəsində Kiyevdə bir neçə partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri "Telegram" hesabında məlumat yayıb.

Kiyev Şəhər Administrasiyası saat 17:26-da (Bakı vaxtı ilə 19:26) şəhərdə ballistik raket təhlükəsi ilə bağlı hava həyəcanı elan edib.

"Təhlükə aradan qalxana qədər dərhal ən yaxın sığınacaqlara keçin və orada qalın. Həyəcan siqnallarını qulaqardına vurmayın", - deyə məlumatda bildirilib.

Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələri Çerniqov bölgəsi üzərindən Kiyevə doğru hərəkət edən yüksək sürətli hədəflər aşkar edib. Bu zaman paytaxtda bir neçə partlayış qeydə alınıb.

Kiyev meri Vitali Kliçko hadisəni təsdiqləyib.

"Paytaxt ballistik hücum altındadır. Hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir. Sığınacaqlara gedin", - deyə o yazıb.

Saat 19:34-ə olan məlumata görə, Kiyev, Jitomir, Çerniqov, Çerkassı, Sumı, Poltava, Kirovohrad, Dnepropetrovsk, Xarkov, Zaporojye və Donetsk vilayətlərində hava hücumu sirenaları səsləndirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR