İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Türkiyədə Azərbaycan tankeri həyəcan siqnalı VERDİ

776 30.12.2025 13:38 Hadisə A A

İstanbulun Florya sahilləri yaxınlığında biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tanker həyəcan siqnalı verib.

Musavat.com xəbər verir ki, bu barədə Sondakika.com nəşri məlumat yayıb.

Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada bildirilib ki, 141 metr uzunluğundakı “Kalbajar” (Kəlbəcər) tanker ilə “Alatepe” tankeri Küçükçekmece yaxınlığında bir-biri ilə toqquşub və gəmilər sahilə yaxın olduğundan hadisə yerinə nazirliyə bağlı xüsusi xilasetmə qrupu cəlb edilib.

Hadisə yerli vaxtla saat 11:50 radələrində qeydə alınıb və xilasedici qrupların bölgədə əməliyyatları hələ də davam edir.

Marmara'da 2 tankerden acil durum çağrısı! Olay yerine kurtarma ekipleri sevk edildi

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR