İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu Ermənistana XƏBƏRDARLIQ ETDİ

894 13.02.2026 14:23 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-nin Ermənistanda kiçik modul reaktorlar (SMR) tikmək planlarından narahatlığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.

"Əgər Ermənistanda Amerika texnologiyasından istifadə edərək kiçik reaktorların tikintisi praktiki mərhələyə keçərsə, biz, regiondakı bütün dövlətlər kimi, eləcə də Ermənistan xalqının özü yeni nüvə təhlükəsizliyi risklərini nəzərdən keçirməli olacağıq", - o deyib.

Onun sözlərinə görə, layihə, çox güman ki, kreditlə maliyyələşdiriləcək və ölkənin gələcək nəsilləri bunun üçün pul ödəməli olacaq.

"Layihənin Ermənistan iqtisadiyyatına investisiya gətirməsi ehtimalı azdır. Çox güman ki, bu, illik ÜDM-in üçdə birindən çox dəyərində bir müqavilə olacaq", - Şoyqu qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ hələ bir dənə də olsun SMR qurmayıb və onların kommersiya əməliyyatlarında təcrübəsi yoxdur. Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, "cəlbedici biznes təklifləri var, lakin praktik təcrübə yoxdur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR