İnsanlara hürriyət, millətlərə istiqlal!

Starlinkdən qalmaqal - Süni intellektin təlimi üçün müştəri məlumatlarından istifadə edir

454 01.02.2026 08:15 Dünya A A

“SpaceX” məşhur peyk internet xidməti Starlinkin Qlobal Məxfilik Siyasətində əhəmiyyətli bir dəyişiklik edib.

15 yanvarda qüvvəyə minən yeni qaydalar istifadəçi məlumatlarından süni intellekt modellərinin hazırlanmasında istifadə etməyə imkan verir.

İstifadəçilər imtina etmədikləri təqdirdə, toplanmış məlumatları üçüncü tərəf biznes tərəfdaşları ilə paylaşmaq artıq mümkündür.

Starlink tərəfindən toplanan məlumatlara yer, kredit kartı məlumatları, əlaqə məlumatları, IP ünvanları və audiovizual məzmun daxildir.

Lakin yeni siyasətdə bu geniş məlumat hovuzunun hansı hissələrinin süni intellekt təlimi üçün istifadə ediləcəyi dəqiq göstərilməyib./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR