İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmer və Tramp Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ

1067 25.01.2026 09:05 Siyasət A A

Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Baş nazirin ofisi yayıb.

Bildirilir ki, danışıq zamanı Ukraynada uzunmüddətli atəşkəsə doğru irəliləməyin vacibliyi barədə razılığa gəliblər:

"Liderlər davamlı atəşkəsə doğru irəliləyişin vacibliyi barədə razılığa gəliblər. Diplomatik səylər davam edərkən, Baş nazir beynəlxalq tərəfdaşların Ukraynanın müdafiəsində ona dəstək verməyə davam etməli olduqlarını təkrarlayıb".

Müzakirə həmçinin Starmerin "hökuməti üçün mütləq prioritet" adlandırdığı "Arktikada təhlükəsizliyin gücləndirilməsi zərurəti"nə də diqqət yetirilib.

Britaniya baş naziri həmçinin Trampın Əfqanıstandakı NATO qoşunları ilə bağlı təhqiramiz sözlərinə də toxunub. O, Əfqanıstanda çiyin-çiyinə vuruşan və bir çoxu heç vaxt evə qayıtmayan Britaniya və Amerika qoşunlarının cəsarət və qəhrəmanlığını qeyd edib, “onların fədakarlığını heç vaxt unutmamalı olduğumuzu deyib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR