İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh planında çat: Vaşinqton İran sənədini qəbul etmir

788 09.04.2026 00:04 Siyasət A A

ABŞ-İran xəttində sülh danışıqları ətrafında yeni ziddiyyət yaranıb.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinə danışan Ağ Ev mənbəsi İranın açıqladığı 10 maddəlik sülh planının ABŞ prezidenti Donald Tramp tərəfindən “danışıqlar üçün əsas” kimi təqdim edilən sənəddən fərqləndiyini bildirib.

Mənbənin sözlərinə görə, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi plan Vaşinqtonun qəbul etməyə hazır olduğu çərçivədən xeyli uzaqdır və bir sıra prinsipial məqamlar üzrə ciddi ziddiyyətlər mövcuddur.

Bildirilir ki, İranın planında sanksiyaların tam ləğvi, ABŞ qüvvələrinin regiondan çıxarılması, uranın zənginləşdirilməsi hüququnun tanınması kimi sərt şərtlər yer alır. Bu isə ABŞ tərəfinin “başlanğıc baza” kimi gördüyü yanaşma ilə uyğun gəlmir.

Ağ Evdə hesab edirlər ki, Trampın istinad etdiyi plan daha çox kompromis variantına yaxın olsa da, İranın təqdim etdiyi versiya maksimalist tələblər üzərində qurulub və bu vəziyyət danışıqların perspektivini çətinləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR