İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi üçün bir sıra sənədlər tam hazırdır - Zelenski

382 26.12.2025 00:18 Siyasət A A

Ukrayna danışıqlar aparan nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov dekabrın 25-də Vaşinqton nümayəndələri ilə ABŞ sülh təşəbbüslərinin müzakirələrini davam etdirəcək.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında deyib. Onun sözlərinə görə, sülh sazişi üçün bəzi sənədlər artıq hazırdır.

Zelenski qeyd edib ki, dekabrın 25-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri - keçmiş rieltor Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə bir saatlıq söhbət aparıb: "Və bu, həqiqətən yaxşı bir söhbət idi: bir çox detal, bəzi yaxşı fikirlər, biz onları müzakirə etdik. Əsl sülhü necə yaxınlaşdıracağımıza dair bəzi yeni fikirlərimiz var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxta aiddir".

Zelenski əlavə edib ki, dekabrın 25-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Amerika komandası ilə danışıqları davam etdirəcək. Əhəmiyyətli olan odur ki, sülh sazişi üçün bəzi sənədlər artıq hazırlanıb: “Onlar demək olar ki, tamamilə hazırdır — bəzi sənədlər hazırdır. Əlbəttə ki, həssas məsələlər hələ də müəyyən qədər işlənməlidir. Amma Amerika komandası ilə birlikdə bütün bunları necə təmin edəcəyimizi başa düşürük”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR