İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada İŞİD lideri HƏBS OLUNDU

625 10.12.2025 08:42 Hadisə A A

Suriyadakı Suriya Demokratik Qüvvələri (SDQ) kürd silahlı birləşməsi Deyr əz-Zor əyalətində İŞİD-in liderlərindən birinin həbs olunduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, SDQ əməliyyatın “beynəlxalq koalisiya” tərəfindən dəstəkləndiyini iddia edir.

Əbu Zübeyr Samak ləqəbi ilə tanınan qrup lideri qaçaqmalçılıqdan məsul olub, həmçinin bölgədəki İŞİD hücrələri ilə keçmiş İŞİD döyüşçülərinin ailələrinin yaşadığı şimali Suriyadakı Əl-Hol xüsusi düşərgəsi arasındakı rabitə şəbəkəsini idarə edib. Həbs olunan şəxs həmçinin bu ailələrdən olan uşaqların "gələcək döyüş missiyaları üçün" təliminə nəzarət edib. SDF-ə görə, Samakın bölməsi "ən təhlükəli bölmələrdən biridir" və son aylarda "kürd qüvvələrinə qarşı bir sıra hücumlar"a görə məsuliyyət daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR