Suriya Mərkəzi Bankı ölkədə yeni milli valyutanın dövriyyəyə buraxılmasını planlaşdırır.
Musavat.com xəbər verir ki, Bankın açıqlamasına görə, yeni pul vahidi hazırda istifadə olunan Suriya lirəsini əvəz edəcək və ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bildirilib ki, 1 yanvar 2026-cı ildən etibarən köhnə kağız pulların mərhələli şəkildə yeni valyuta ilə dəyişdirilməsinə başlanacaq. Qərarın məqsədi Suriya lirəsinin uzun müddət davam edən dəyər itkisinin qarşısını almaq, iqtisadi sabitliyi gücləndirmək və cəmiyyətin maliyyə sisteminə olan etimadını bərpa etməkdir.
Mərkəzi Bank yaxın günlərdə valyuta mübadiləsinin mərhələləri və tətbiq mexanizmi ilə bağlı əlavə məlumatların açıqlanacağını bildirib.
Musavat.com






