Tailand 50 illik alkoqol qadağasını ləğv etdi – ölkədə turizm sektoruna ciddi təkan gözlənilir
Musavat.com xəbər verir ki, Tailand hökuməti 14:00–17:00 saatları arasında alkoqol satışını qadağan edən və yarım əsrdən çox qüvvədə qalan məhdudiyyəti rəsmi şəkildə aradan qaldırıb. Qaydalar 1970-ci illərdən bəri ölkədə ictimai asayişi qorumaq və alkoqol istehlakını azaltmaq məqsədi ilə tətbiq olunurdu.
Yeni qərarın xüsusilə turizm, restoran və hotel sektorlarına ciddi canlanma gətirəcəyi gözlənilir. Tailand dünyanın ən çox turist qəbul edən ölkələrindən biridir və məhdudiyyətin aradan qaldırılması həm turistlərin rahatlığı, həm də sahibkarların gəlirliliyi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Sektor nümayəndələri bildirir ki, qərar həm ölkə daxilində xidmət göstərən müəssisələrə, həm də beynəlxalq turist axınına müsbət təsir edəcək. Tailand hökuməti isə gözləntilərin reallaşacağı halda iqtisadi aktivliyin daha da artacağını hesab edir.
Musavat.com






